Bakıda geniş dezinfeksiya işləri görülüb

Bakıda geniş dezinfeksiya işləri görülüb
SOSİAL
11:02 10.04.2021
458
Bakı Şəhər və rayonlarının icra hakimiyyətlərinin təşkilatçılığı ilə bu gün paytaxt ərazisində mövcud karantin rejiminin tələbləri çərçivəsində təmizliklə bağlı daxili iməcilik və geniş dezinfeksiya tədbirləri keçirilib.

AZXEBER.COM xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Coşqun Cəbrayılov jurnalistlərə açıqlamasında bildirib ki, iməcilik zamanı Bakının kommunal və digər xidmətləri tərəfindən şəhərdə prospekt və küçələr, səkilərin kənarları, bordürlər və işıq dirəkləri, yol kənarındakı məhəccərlər və köşklər yuyulur.

İcra qurumlarının tövsiyələrinə uyğun olaraq, küçə və prospektlərdə yerləşən mağaza, ictimai iaşə və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-sahman yaradılması işlərində yaxından iştirak ediblər.

Təmizlik işləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası da daxil olmaqla, paytaxtdakı idarə və təşkilatların inzibati binalarının fasadlarının təmizlənməsi, Bakı Funikulyoru, müxtəlif turizm və gəzinti obyektlərinin də yuyulub təmizlənməsi işləri aparılır.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz-torpaq təmizlənir, onların dibi yumşaldılır. Şəhər ərazisində Abşeronun iqliminə uyğun yeni ağaclar, kollar əkilir, mövcud ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir, təbii gübrələr verilir. Həmçinin ağacların qurumuş budaqlarının budanması, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi işləri aparılır. Bu işlər mövsüm ərzində davam etdiriləcək.

Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində cari ildə üçüncü, pandemiyanın əvvəlindən isə 21-ci dəfə geniş dezinfeksiya tədbirləri həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin dezinfeksiyasını aparıb, xidmət əməkdaşları tərəfindən balansda olan yaşayış binalarında, lift kabinələrində, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər və əlavə təmizlik işləri görülüb.

İməcilik və dezinfeksiya tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında keçiriləcək və şəhərin təmizliyinin lazımi səviyyədə saxlanılması üçün bütün tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
14:09 21.06.2026
Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
13:29 21.06.2026
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
Pezeşkian İranın Qətər banklarındakı 6 milyard dollarının sərbəst buraxılacağını bəyan edib
13:18 21.06.2026
Pezeşkian İranın Qətər banklarındakı 6 milyard dollarının sərbəst buraxılacağını bəyan edib
Antarktidada gözlənilməz seysmik aktivlik: 510 zəlzələ aşkarlandı
12:57 21.06.2026
Antarktidada gözlənilməz seysmik aktivlik: 510 zəlzələ aşkarlandı
İranın Birinci vitse-prezidenti: Hörmüz boğazı bizə məxsusdur
12:51 21.06.2026
İranın Birinci vitse-prezidenti: Hörmüz boğazı bizə məxsusdur
Rusiyada uşaq düşərgəsinə hücum: Xəsarət alanlar var - VİDEO
12:46 21.06.2026
Rusiyada uşaq düşərgəsinə hücum: Xəsarət alanlar var - VİDEO
Niger Məsləhət Şurasının sədri Azərbaycana işgüzar səfərə gəlib
12:35 21.06.2026
Niger Məsləhət Şurasının sədri Azərbaycana işgüzar səfərə gəlib
Bakıda külək güclənəcək, bölgələrdə şimşək çaxacaq və dolu düşəcək
12:31 21.06.2026
Bakıda külək güclənəcək, bölgələrdə şimşək çaxacaq və dolu düşəcək
Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
12:26 21.06.2026
Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
Azərbaycana yay fəsli daxil oldu
12:24 21.06.2026
Azərbaycana yay fəsli daxil oldu
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
12:15 21.06.2026
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
Bu ölkədə benzinin satışı tamamilə dayandırıldı
12:08 21.06.2026
Bu ölkədə benzinin satışı tamamilə dayandırıldı
Prezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib
12:01 21.06.2026
Prezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib
Mingəçevirdə mağazada yanğın - Fotolar
11:53 21.06.2026
Mingəçevirdə mağazada yanğın - Fotolar
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
11:44 21.06.2026
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Avtomobil işıq dirəyinə çırpıldı - Yaralılar var
11:36 21.06.2026
Avtomobil işıq dirəyinə çırpıldı - Yaralılar var