Avtomobil işıq dirəyinə çırpıldı - Yaralılar var

Avtomobil işıq dirəyinə çırpıldı - Yaralılar var
HADİSƏ
11:36 21.06.2026
158
Mingəçevirdə yol-nəqliyyat hadisəsi olub.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza şəhərin M.Maqomayev və 20 Yanvar küçələrinin kəsişməsində yerləşən yol dairəsinin yaxınlığında qeydə alınıb.

İlkin məlumata görə, "Hyundai” markalı minik avtomobili idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən işıq dirəyi aşıb.

Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan 32 yaşlı Aysel Ağayeva və 37 yaşlı Mərziyə Mustafayeva təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR