Bakıda geylər öpüşərkən yaxalandılar - ŞOK FOTO

MARAQLI
17:30 21.05.2012
14355
Bakıda keçiriləcək “Eurovision-2012” Mahnı Müsabiqəsinə həsr olunmuş tədbirlər davam edir.AZXEBER.COM-un məlumatına görə, mayın 19-da "Euroclub"un açılışında maraqlı hadisə baş verib. Belə ki, iki kişi "Euroclub"da öpüşərkən fotoqrafın obyektivinə tuş gəlib. Məlumata görə, öpüşənlərdən biri azərbaycanlı olub. 

Bu şəkil “Facebook”da yayılıb və ciddi müzakirələrə səbəb olub. AZXEBER.COM-un məlumatına görə, bu şəkli "Eurovision"a akkreditasiya olunan jurnalistlərdən biri çəkib. Sadəcə o bu şəkli çalışdığı mətbu orqana deyil, "facebook"a əlavə edib. 

Qeyd edək ki, yarışma ilə bağlı artıq ölkəmizə 20 minə yaxın turist gəlib. Müsabiqə öncəsi müxtəlif açılışlar, əyləncə gecələri təşkil olunur ki, burada da maraqlı hadisələr yaşanır.
OXŞAR XƏBƏRLƏR