Bakıda girov götürülən 29 yaşlı oğlan hələ də tapılmayıb

Bakıda girov götürülən 29 yaşlı oğlan hələ də tapılmayıb
SOSİAL
20:59 30.09.2018
6030
Bir neçə gün əvvəl Baki sakini oğlunun girov götürülməsi ilə bağlı polisə müraciət edib.

AZXEBER.COM publika.az-a istinadən xəbər verir ki, Nizami rayon Polis İdarəsinə müraciət edən Gülşən Qəribova Naxçıvanski küçəsində yaşadığını və oğlu, 1989-cu il təvəllüdlü Anarın sentyabrın 22-dən itkin düşdüyünü bildirib. Qadın şikayət ərizəsində qeyd edib ki, ayın 22-də oğlu Habil və İxtiyar adlı tanışları ilə Gürcüstana getmək adı ilə evdən çıxıb. Lakin o, bir müddət Anardan xəbər ala bilməyib. Nəhayət, sentyabrın 27-də Habil adlı şəxs Gülşən Qəribovaya zəng edərək oğlunu girov saxladıqlarını bildirib. Həmin şəxs Anarın azad edilməsi üçün 5 min manat tələb edib.

Girov götürüldüyü bildirilən şəxsi tapmaq hələ də mümkün olmayıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR