Bakıda Gömrük Komitəsinin avtomobili yandı

SOSİAL
10:55 24.05.2016
1540
Dövlət Gömrük Komitəsinə məxsus avtomobil Qaradağ rayonu ərazisində yanıb. 
AZXEBER.COM musavat.com-a istinadən bildirir ki, hadisə Lökbatan-Xocahəsən yolunda Lökbatan qəsəbəsi ərazisində baş verib.
Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Sənan Bədəlovun idarə etdiyi, Dövlət Gömrük Komitəsinə məxsus "Peugeot" markalı 10 PR 382 nömrəli avtomobil qısaqapanmadan alışıb. Avtomobil tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.

OXŞAR XƏBƏRLƏR