Bakıda görünməmiş qanunsuzluq: yol polisi parkomatın yanından maşınları apardı - VİDEO

Bakıda görünməmiş qanunsuzluq: yol polisi parkomatın yanından maşınları apardı - VİDEO
SOSİAL
16:54 09.10.2017
5929

Dövlət Yol Polisi İdarəsinin Bakıda Cavanşir körpüsünün yaxınlığında yerləşən cərimə meydançasının əməkdaşları maşınları qeyri-qanuni şəkildə meydançaya aparırlar.

 

AZXEBER.COM-un Lent.az-a istinadən verdiyi məlumata görə, Bakının Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində Bakı Şəhər İcra Hakimiyyətinin quraşdırdığı parkomatların yanından 10-dan çox avtomobil qanunsuz olaraq cərimə meydançasına aparılıb. Sürücülər bildirir ki, müvafiq dövlət qurumun icazəsi ilə qoyulmuş parkomatların yanında maşınlarını saxlayıb dayanacaq pulunu ödəsələr də, evakuatorlar maşınlarını cərimə meydançasına aparıb. Onlara isə bildirilib ki, parkomat qanunsuz qoyulub.

 

Bakı şəhər İcra Hakimiyyətinin hadisə yerində olan əməkdaşları da bildirib ki, maşınları cərimə meydançasına aparan şəxslər qanunsuzluq ediblər: "Bizim burada parkomatlarımız var. Maşın saxlamaq qanunidir. Lakin maşınları aparanlar iddia edir ki, parkomat qanunsuz qoyulub. Gülməli vəziyyət yaranıb”.

 

Qeyd edək ki, maşınları qanunsuz şəkildə cərimə meydançasına aparan evakuatorun dövlət nömrə nişanı 90 JM 008-dir.

 

Məsələ ilə bağlı Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az-a açıqlama verib. O bildirib ki, hardasa parkomat qoyulubsa, o demək deyil, orada maşın saxlamaq olar: "Ola bilsin ki, parkomat düzgün qoyulmayıb.  Mən indi bu məsələdən xəbərsizəm”.

 

YPX rəsmisinin sözlərinə görə, cərimə meydançasından ona bildiriblər ki, həmin ərazidən yalnız  piyada keçidin üzərində olan avtomobillər götürülüb. (Videodan görünür ki, bu, belə deyil).

 

Vaqif Əsədov qeyd edib ki, həmin sürücülər cərimə meydançasına yaxınlaşıb, avtomobillərinin niyə aparılmasını öyrənə bilərlər: "Həmin sürücülər cərimə meydançasına yaxınlaşsın. Onlara maşınları  şəkillərini  göstərəcəklər və niyə aparılmasını izah edəcəklər”.



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
17:33 27.06.2025
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
“Regionda gərginliyin artması təhlükəsiz nəqliyyat marşrutlarının əhəmiyyətini bir daha vurğulayıb”
17:23 27.06.2025
“Regionda gərginliyin artması təhlükəsiz nəqliyyat marşrutlarının əhəmiyyətini bir daha vurğulayıb”
10-cu sinif şagirdi kanalda batdı - FOTO
16:57 27.06.2025
10-cu sinif şagirdi kanalda batdı - FOTO
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
16:43 27.06.2025
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
16:18 27.06.2025
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
16:04 27.06.2025
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub