Bakıda güclü külək 11 nəfərin xəsarət almasına səbəb olub

Bakıda güclü külək 11 nəfərin xəsarət almasına səbəb olub
SOSİAL
09:06 11.11.2021
190
Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Bu barədə AZXEBER.COM-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Onlardan 5-i kişi, 6-sı qadındır.

Xəsarət alanlardan 1-nə yerində yardım edilib, 1-i yardımdan imtina edib, digərləri tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.
OXŞAR XƏBƏRLƏR