Bakıda günün 14 saatı tıxac olan yoldan FOTOREPORTAJ

Bakıda günün 14 saatı tıxac olan yoldan FOTOREPORTAJ
SOSİAL
11:20 14.11.2016
2198

"Şose" deyəndə ağıla şüşə kimi asfaltı, maşınların rahat hərəkəti üçün geniş imkanlar verən yol gəlsə də, bunu Binəqədi şosesinə aid etmək olmaz. Çünki bu yolda ötən ay yağan intensiv yağışlardan sonra vəziyyət hələ də gərgin olaraq qalır, asfalt isə yararsız haldadır.

Oktyabrın 17,18-də yağan yağışların yollarda nəqliyyatı iflic etməsi, iri gölməçələr yaratması, maşınların yolda qalması, mühərriklərinin sıradan çıxması, avtobusların buferlərinin qırılması, nömrələrin itməsi barədə məlumat vermişdik.

Həmin yağışdan həftələr keçməsinə baxmayaraq sözügedən ərazidə hələ də ciddi problemlər qalmaqdadır.

"Binəqədi evimizdir, evimizi təmiz saxlayaq" lövhəsi vurulan dəmir yol körpüsündən başlayıb "təzə yol" adlanan əraziyə kimi davam edən şose 5 kəndə (Binəqədi, Novxanı, Mehdiabad, Fatmayi, Goradil və Novxanı) getmək üçün əsas yoldur.

Şosenin Poladtökmə zavodu və "təzəyol" adlanan hissəsindəki su xüsusi texnika ilə çəkilib. Lakin bir neçə gün suyun altında qalan asfalt örtüyü dağılıb. Buna görə də maşınların hərəkəti ləngiyir.

Hətta elə vəziyyət yaranıb ki, "Zəngəzur" şadlıq sarayı qarşısındakı 4 yolda günün 14 saatı sıxlıq olur. Hər gün səhər 8-ə qalmışdan yaranan tıxac axşam 10-a işləmişə kimi davam edir. Üstəlik, bu, sadəcə, iş günlərinə aid deyil, sözügedən ərazidə həftəsonu da sıxlıq olur.

Şose boyu uzanan tıxac 1 aya yaxındır ki, sürücü və sərnişinləri cana yığıb. Tıxaca səbəb isə 4 yolun birləşdiyi hissədəki asfalt örtüyünün yarasız hala düşməsidir. Bu hissədə oktyabrdan yağan yağışların suyu hələ də qurumayıb, üstəlik yolun bir hissəsi qazılıb və şoseyə birləşən yollardan gələn iri tonnajlı yük maşınları dar yoldan keçərkən yol tamamilə bağlanır.

Əraziyə cəlb olunan polis əməkdaşları isə tıxacı dağıtmaq üçün şoseyə girmək istəyən maşınlara məhdudiyyət qoyurlar. Bu isə sürücülərin və sərnişinlərin gedəcəkləri məkana saatlarla gec çatmasına səbəb olur. Yoldakı gölməçələrə görə evə piyada getmək istəyənlərin də arzusu ürəklərində qalır.

Yaranan vəziyyətə isə ən çox sevinənlər taksi sürücüləridir. Çünki onlar fürsətdən istifadə edərək yolun tıxac olmasını bəhanə edib qiyməti 3 dəfə qaldırıblar. Hətta bəzi taksi sürücülər var ki, "50 manat da versən, o yolu getmərəm" deyərək sərnişinlərə "naz edirlər". Amma sakinlərin dediyinə görə, lap 50 manat da verilsə, son günlərdə həmin 7 dəqiqəlik yolu 1 saatdan tez keçmək olmur.

Xoşbəxtlikdən, bir neçə gündür havalar yağmursuz keçir. Yağış yağsa, yollar yenə su ilə dolacaq və yeni tıxacların yaranması üçün "əlverişli şərait" yaranacaq.

Görünür, problemin həll olunması üçün yazı gözləmək lazımdır. Yaz gələr, su buxarlanar, yollar qazılar, hər il olduğu kimi kanalizasiya sistemi "qurular", ondan sonra Binəqədi yolu olar əsl şose. Sakinlər ən azından buna ümid edirlər.

///milli.az


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı
05:42 09.03.2026
Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı
ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub
03:50 09.03.2026
ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub
ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb
02:28 09.03.2026
ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb
Makron Pezeşkianla bölgədəki vəziyyəti müzakirə edib
01:13 09.03.2026
Makron Pezeşkianla bölgədəki vəziyyəti müzakirə edib
İranda 160 uşağın öldüyü məktəb belə vurulub - VİDEO
00:15 09.03.2026
İranda 160 uşağın öldüyü məktəb belə vurulub - VİDEO
KİV: Tehranın bir sıra ərazilərində güclü partlayışlar baş verib
00:04 09.03.2026
KİV: Tehranın bir sıra ərazilərində güclü partlayışlar baş verib
İlham Əliyev Pezeşkiana Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb
23:43 08.03.2026
İlham Əliyev Pezeşkiana Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb
Pezeşkian İlham Əliyevə İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib
23:40 08.03.2026
Pezeşkian İlham Əliyevə İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
23:39 08.03.2026
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
23:30 08.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
Bakı-Sumqayıt yolunda ağır qəza olub
23:13 08.03.2026
Bakı-Sumqayıt yolunda ağır qəza olub
İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib
22:54 08.03.2026
İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib
İranın yeni ali dini liderinin adı açıqlandı - Görün kim oldu
22:43 08.03.2026
İranın yeni ali dini liderinin adı açıqlandı - Görün kim oldu
İranda müharibənin təsiri bazarda hiss olunmağa başlandı: Azərbaycanda balıq BAHALAŞDI
22:35 08.03.2026
İranda müharibənin təsiri bazarda hiss olunmağa başlandı: Azərbaycanda balıq BAHALAŞDI
İsrail ordusu "Xatəmül-Ənbiya" qərargahının rəisini zərərsizləşdirdi
22:22 08.03.2026
İsrail ordusu "Xatəmül-Ənbiya" qərargahının rəisini zərərsizləşdirdi
Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır
22:04 08.03.2026
Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır