Bakıda halala haram qatılır

İQTİSADİYYAT
23:16 14.05.2012
5110
Azərbaycanda çörək sexləri ilə bağlı vəziyyət ürəkaçan deyilMin illər boyu nəsildən-nəsilə keçən çörəkbişirməni Azərbaycanda el sənəti adlandırırlar. Azərbaycanlıların gündəlik qida rasionunda xüsusi çəkiyə malik olan çörəyi ən müqəddəs nemət sayır, onu Quranla bərabər tuturuq. Azərbaycanlılar həmişə dar məqamlarda “çörək haqqı”-deyə bu müqəddəs nemətə and içir, Tanrıdan çörəklə imtahana çəkilməməyini diləyir, ən hörmətli qonağını duz-çörəklə qarşılayır. Bəzən haqsızlıqla üzləşən soydaşlarımızın pis adamları “səni görüm çörək tutsun”-deyə qarğış etməsi bu müqqədəs nemətin hər şeyə qadir olduğuna bir işarədir. Ona görə də Azərbayacan folklorunda çörəklə bağlı müxtəlif atalar sözləri, aforizmlər, bayatılar, qarğışların olması təsadüfi deyil. Onlardan bəzilərini yada salaq: Çörəyi tapdalamazlar; çörəyi ver çörəkçiyə, birini də üstəlik; nə yoğurdu, nə yapdı, hazırca kökə tapdı; duzsuz çörəyin dadı, çörəksiz kişinin adı olmaz; bir tikə çörək dağ aşırar; torpağa düşməsin havayı bir dən, çörək bol olarsa basılmaz Vətən, çörəyi dizinin üstündədir; duz çörək-düz çörək; çörək sənə qənim olsun və s.Ölkəmizdə çörəyin müxtəlif növləri bişirilir: yuxa, yayma, fətir, lavaş, səngək, xamralı, qalın, nazik, fəsəli, kətə, təndir çörəyi... Onların hər biri adı, forması, ölçüsü, qalın və nazikliyi, dadı, qoxusu, hazırlanma üsuluna görə fərqlidir. Tarixən Azərbaycanda çörəkbişirmə vasitələri əsasən ocaqlar, gil və çuğun saclar, gil tavalar, təndirlər olub. Çörək sexlərinin vəziyyəti çox acınacaqlıdırAzərbaycanda müxtəlif sexlərdə və evlərdə çox kustar üsulla və natəmiz şəkildə çörək bişirilməsi barədə çox eşitmişdik. Çörəyin antisanitariya vəziyyətində bişirilməsi ilə baglı vəziyyət o həddə çatıb ki, kimi çörəyin içərisindən qurumuş xəmir qırıqları, kimi ip, kimi də sellofan və ya böcək tapır. Çörəyin çəkisi də mütəmadi olaraq müzakirə mövzusuna çevrilir. Mütəxəssislər isə bildirir ki, təbii yolla hazırlanan çörək 3 gün qalmalıdır. Əgər çörək bundan artıq qalırsa bu onu sübut edir ki, onun tərkibində əlavə qatışıqlar var. Çörəyin keyfiyyəti ilə bağlı narahatlıq doğuran məqamlardan biri də, malın xarab olunca canım xarab olsun prinsipi ilə yaşayan işbazların satılmamış və artıq qalmış çörəkləri təkrar emal edərək yenidən satışa çıxarmasıdır. Bu kimi hallar isə insan səhhəti üçün ciddi təhlükə mənbəyidir.Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov satışda olan çörəklərin 50 faizinin standartlara uyğun olmadığını bildirdi: “Çörək bişirilən sexlərin çoxunun heç keyfiyyət nişanı belə yoxdur. Çörəyin həm çəkisinin azlığı, həm keyfiyyətsiz undan hazırlanması böyük bir problemdir. Apardığımız araşdırmalara əsaslanaraq deyə bilərəm ki, çörək bişirilən əksər sexlərdə keyfiyyətsiz undan istifadə edilir. Vaxtı keçmiş unlar göbələk xəstəliyi yaradır. Bu da mədə-bağırsaq xəstəliklərinin yaranmasına səbəb olur. Çörəklərin daşınmasında da böyük problemlər var. Çörəklər kirli-paslı maşınlarda daşınır. Üstəlik, çörəklərin qorunmaması da müxtəlif problemlərin yaranmasına səbəb olur. Çörəklər hara düşür, kim toxunur, harada saxlanılır, bunlara diqqət belə verilmir. Bəzən çörəklər həşəratlarla dolu taxtaların üstündə saxlanılır. Bəzi çörək sexlərində artıq qalaraq qaytarılan çörəklər xırda-xırda doğrandıqdan sonra, yenidən xəmirə qarışdırılır və yenidən çörək bişirilir. Bəzən çörəklərin içindən tarakanlar, həşəratlar, taxta qırıntıları və digər şeylər çıxır”. E. Hüseynovun sözlərinə görə, çörəkbişirmədə əsas problemlərdən biri də yodlaşdırılmamış duzdan istifadə edilməsidir: “Bəzi sexlərdə apardığımız monitorinqlər nəticəsində məlum oldu ki, paytaxtdakı sexlərin 25 faizində yodsuz duzdan istifadə edilir. Bəzən dietik çörək adı ilə saxta məhsullar satırlar. Qara, yaxud boz çörək adı ilə satılan çörəklərə insan orqanizminə zərər olan boyaq maddələri vurulur”.Məsələyə münasibət bildirən Azərbaycan Tacirlər İctimai Birliyinin sədri Sevgim Rəhmanov da əksər çörək sexlərində normalara əməl edilmədiyini təsdiqləyir: “Bu sexlərdə un kisələri torpaq üzərində üst-üstə yığılaraq aylarla saxlanır. Əksər çörəkbişirmə müəssisələrində adi texniki sudan istifadə edilir, ələnməmiş un və duz qatılır. Tərkibində müxtəlif zərərli kimyəvi maddələr olan ələnməmiş duz və keyfiyyətsiz taxıl məhsulları çörəkdə kartof xəstəliyi yaradır ki, bu da insan orqanizmi üçün təhlükəli hesab olunur. Çörəyin daşınması ilə bağlı da ciddi problemlər var. Mağazalara çörək xüsusi maşınlarda deyil, gigiyenik tələblərə cavab verməyən avtomobillərin oturacaqlarında daşınır. Bu da cörəyin çirklənməsinə, deformasiyaya uğramasına səbəb ola bilər. Hətta çox vaxt maşının yük yerinə o qədər çörək yığırlar ki, onların üzərini heç nə ilə örtmədən kəndirlə bağlayırlar. Bundan sonra isə yolların tozu, kabinənin çirki ilə təmas görmüş çörəklər market, mağaza və köşklərə gətirilir”. Rəsmi qurumlar inkar edirAncaq Gigiyena və Epidemiologiya Mərkəzinin qida təhlükəsizliyi şöbəsinin müdiri İmran Abdullayev çörəkbişirmə müəssisələrinə ciddi nəzarətin olduğunu və deyilənlərin həqiqəti əks etdirmədiyini bildirdi: “Çörəyin tərkibini yaxşılaşdırmaq üçün müxtəlif qida əlavələrindən istifadə etməyə icazə verilib. Belə əlavələrin sayı 1500-dən çoxdur. Onların çoxu rəngverici, dadverici maddələr və emulqatorlardır. Bu sırada olan 5 qida əlavəsinin isə istifadəsi qadağandır. Bunlar E-240 - "formaldehid", E-121-"qırmızı sitrus-1 və 2", E-123 - "amarant krasitel", E-924 "Bromat kalsi" adlı maddələrdir”. İ.Abdullayev çörək sexlərində mütəmadi olaraq yoxlamalar aparıldığını ancaq ciddi qüsurların aşkarlamadığını dedi: “Saxlanma müddətinin uzadılması məqsədilə çörəyin, xüsusilə də qara çörəyin tərkibinə farmalin vurulması ilə bağlı səslənənlər həqiqəti əks etdirmir. Çünki bu dərmanların kəskin qoxusu var. Əkər həmin maddələrdən bir damcı belə çörəyə vurularsa, həmin çörəyə yaxın getmək olmaz”. İ.Abdullayev respublikada dünya standartlarına cavab verən çörəkbişirmə sexlərinin olduğunu deyir: “Belə sexlərdə gigiyenik qaydalara əməl olunmur. Problemli sexlərə qarşı ciddi tədbirlər görülür və bu çörəyin keyfiyyətinin yüksəlməsində özünü göstərir”.Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə deyi ki, mütəmadi olaraq un və un məhsullarının istehsalı prosesində dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, problem hələ də həllini tapmır: “Aparılan monitorinqlər nəticəsində çörək məhsulları laborator yoxlanışlardan keçir və normativ sənədin tələbinə uyğun olub-olmadığı müəyyənləşdirilir. Azərbaycanda çörəklə bağlı bir neçə adda dövlət standartı mövcuddur. AZS 36, AZS 090 “Milli çörək növləri”, AZS 125 2005 “Milli çörək məmulatları”, AZS 195 2005 “Çörək-bulka məmulatlarının istehsalı” və bu il qəbul olunan AZS 398-2011 “Pəhriz çörəyi və zənginləşdirilmiş çörək” standartları mövcuddur. Bütün bu standartların tələbləri təhlükəsizlik tələblərini əhatə edir”. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri bildirir ki, komitənin Bakıda və regional nəzarət dövlət idarələrində bu məhsulların standartlara uyğun olub-olmadığı aydınlaşdırılır. Ötən il 200-ə yaxın çörək məhsullarının hazırlandığı müəssisədə dövlət nəzarəti həyata keçirilib. Onların 15-də məhsulların keyfiyyət göstəriciləri normativ sənədin tələbinə uyğun olmayıb. Bununla bağlı komitə tərəfindən qanunvericilin tələbinə uyğun olaraq tədbirlər görülüb. Bəzi sexlərin fəaliyyəti dayandırılıb. “İstehlakçılar bilməlidirlər ki, çörəyi hər yerdən almaq olmaz. Əldən, küçədən, toz-torpaq altında satılan yerlərdən heç zaman çörək almaq olmaz. İlk andan çörəyin keyfiyyəti bilinmir”, - deyə Fazil Talıblı vurğuladı. Komitə rəsmisi bildirdi ki, standartlara görə çörəyin daşınmasında xüsusi avtomobillər olmalıdır. Həmin avtomobillər hər ay sanitar həkim tərəfindən yoxlamadan keçməli, dizenfeksiya edilməlidir. Çörək daşınan yeşiklər təmiz olmalıdır. Əgər alıcı çörəyin keyfiyyətindən şübhələnərsə, o zaman satıcıdan məhsulun uyğunluq sertifikatını tələb edə bilər. İstehlakçılar həm də çörəyin tərkibi haqqında şübhələnərlərsə, onda Komitənin yeni yaradılmış “Qaynar xətt” xidmətinə xəbər verə bilərlər. 963 saylı nömrəni yığmaqla keyfiyyətsiz çörək haqqında məlumat vermək olar.Pəhriz adı altında satılan çörəklərə gəlincə, Fazil Talıblı onların çoxunun pəhriz məhsullarına aidiyyatı olmadığını bildirdi: “Sadəcə buğda çörəyidir. Onun tərkibinə müəyyən fermentlər qatırlar. Bu, yolverilməzdir. Pəhriz çörəyinin xüsusi standartı var. Pəhriz çörəyi yalnız həkim tərəfindən tövsiyə edilməlidir. Həmin çörəyin markalanması zamanı növləri, hansı xəstəlik zamanı qəbul edilməli olduğu və stnadartın AZS 398-2011 aviaturası qeyd edilməlidir. Alıcılar mütləq bu amillərə diqqət yetirməlidirlər”Xatırladaq ki, Prezident İlham Əliyev mart ayının 10-da Bakı qəsəbələrində yeni çörəkbişirmə sexləri yaradılması ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyinə göstəriş verib.Görəsən hazırda məsələ nə yerindədir? İqtisadi İnkişaf Nazirliyinin İctimai qurumlarla əlaqələr şöbəsinin müdiri Abbas Əliyev son illər Sahibkarlara Kömək Milli Fondu tərəfindən 8 çörək istehsalı müəssisəsinin maliyyələşdirildiyini bildirdi. “Prezidentin tapşırığından sonra bu sahəyə diqqət daha da artırılıb. 5 müəssisə paytaxt və paytaxt ətrafı qəsəbələrdə, 3 müəssisə isə regionlarda yaradılıb. Prezidentin göstərişi ilə əlaqədar sonuncu çörək istehsalı ilə məşğul olan müəssisə Binədə açılıb. Bu proses davam edir”, - deyə Abbas Əliyev vurğuladı.Sonda hər kəsdən çörək alarkən diqqətli olmağı, lazım olduğu təqdirdə müvafiq orqanlara müraciət etməyi xahiş edirik. Sağlam həyat üçün keyfiyyətli qida şərtdir!Günay MUSAYEVA

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq