AZAL donanmasını yeniləməyə davam edir: ikinci yeni “Airbus A320neo” Bakıya gəldi

AZAL donanmasını yeniləməyə davam edir: ikinci yeni “Airbus A320neo” Bakıya gəldi
İQTİSADİYYAT
10:55 13.10.2025
893
AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları” (AZAL) donanmanın genişmiqyaslı yenilənməsi və dayanıqlı inkişaf proqramı çərçivəsində cari ildə ikinci yeni "Airbus A320neo” təyyarəsini öz parkına əlavə edib.

AZXEBER.COM xəbər verir ki, donanmanın genişlənməsi AZAL-ın regional və qlobal aviasiya bazarındakı mövqelərini möhkəmləndirir, sərnişinlərə isə səyahət planlaşdırarkən daha çox rahatlıq və seçim imkanı yaradır.

"Airbus A320neo” sərnişin rahatlığına yönəlmiş müasir interyer, əl yükü üçün genişləndirilmiş rəflər və erqonomik oturacaqlarla təchiz olunub. Həm biznes, həm də ekonom sinifdə səyahət edən sərnişinlər üçün komfortlu şərait yaradılıb. Təyyarədə əyləncə sistemi və sürətli "Wi-Fi” xidməti mövcuddur. Biznes sinfi sərnişinləri və "AZAL Miles” proqramının müəyyən statuslu üzvləri "Wi-Fi” xidmətindən ödənişsiz yararlana biləcəklər.

Yeni nəsil mühərriklər və təkmilləşdirilmiş aerodinamika sistemi sayəsində "Airbus A320neo” əvvəlki modellərlə müqayisədə yanacaq sərfiyyatını və CO₂ emissiyalarını əhəmiyyətli dərəcədə azaldır.

Qeyd edək ki, ilk "Airbus A320neo” təyyarəsi AZAL donanmasına 2025-ci ilin sentyabr ayında daxil edilib. Aviaşirkətin inkişaf planına əsasən, 2032-ci ilədək donanma 30-dan çox yeni təyyarə ilə genişləndiriləcək. Bu, AZAL-a regionun ən müasir və enerji baxımından səmərəli təyyarə parklarından birini formalaşdırmağa imkan verəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir