2 ildən artıq müddətdir həftəsonları avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı paytaxtın mərkəzi küçələrində tətbiq olunan qaydalar artıq həftənin bütün günlərini əhatə edəcək.
AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, təşəbbüsün məqsədi şəhərin piyada zonalarının arasında əlaqəliliyin təmin edilməsi, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün əlverişli şəraitin yaradılması, şəhər mərkəzində ekoloji cəhətdən daha təmiz mühitin formalaşdırılması, eləcə də ərazinin turizm və biznes potensialının artırılmasıdır.
Qaydaların tətbiqinə oktyabrın 5-dən test rejimində başlanılması nəzərdə tutulur.










































