Yaxın bir neçə ay ərzində paytaxt sakinləri və qonaqlar ödənişsiz "Wi-Fi" xidməti vasitəsilə internet şəbəkəsinə daxil ola biləcəklər.
Bunu "Caspian European Club"un iclasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının daxili nəzarət və audit şöbəsinin müdiriTahir Məmmədovdeyib.
Onun sözlərinə görə, "İctimai Wi-Fi" layihəsi çərçivəsində işlər davam edir.
T.Məmmədov deyib: "Wi-Fi xidmətlərindən İçərişəhər və Dənizkənarı Milli Park ərazisində istifadə etmək mümkün olacaq. Bu layihənin əsas məqsədi insanların kütləvi toplaşdığı yerlərdə sakinlər və şəhərin qonaqlarının internetə girişini təmin etməkdir".