Bakıda həbsxanada 5 məhkum niyə ölüb? - RƏSMİ AÇIQLAMA

Bakıda həbsxanada 5 məhkum niyə ölüb? - RƏSMİ AÇIQLAMA
SOSİAL
00:05 12.08.2022
2031
Bakıda 5 məhbus həbsdə ölüb.

AZXEBER.COM Sfera.az-a istinadən bildirir ki, hadisə son günlər Pentensiar Xidmətin Bakıdakı müalicə müəssisəsində qeydə alınıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilmişlər - Arif Şəmilov, Bəhram Cəfərov, Sabbas Ağacanov, Gülağa İmamverdiyev və Aydın Qulamov dünyasını dəyişiblər.

Onların xəstəlikdən öldüyü bildirilir.

Bakıda məhkumların ölüm səbəbi məlum olub.

Penitensiar Xidmətdən bildirilib ki, ayrı-ayrı vaxtlarda dünyasını dəyişən məhkumlar xərçəng və ürək-damar çatışmazlığından əziyyət çəkiblər.

Məhkumlar uzun müddət xəstəliklə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alıb. Ancaq aparılan tibbi yardımlara baxmayaraq adı çəkilən məhkumların həyatını xilas etmək mümkün olmayıb.

OXŞAR XƏBƏRLƏR