Bakıda həbsxanaya ağlagəlməz üsulla narkotik keçirmək istədi

Bakıda həbsxanaya ağlagəlməz üsulla narkotik keçirmək istədi
KRİMİNAL
18:45 02.04.2024
635
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətdən verilən məlumata görə, həbs edilmiş şəxs Əli Həsənağa oğlu Novruzova dostu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı gödəkcənin astar hissəsində gizlədilmiş pambığa xüsusi üsulla hopdurulmuş 0,016 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR