Bakıda həkim arvadına 14 bıçaq zərbəsi vurmaqda şübhəli bilinən əri SAXLANILDI

Bakıda həkim arvadına 14 bıçaq zərbəsi vurmaqda şübhəli bilinən əri SAXLANILDI
HADİSƏ
13:34 05.05.2024
1194
Bakıda arvadını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, paytaxtın Suraxanı rayonunda 1973-cü il təvəllüdlü Arzu Balabəyova ailə məişət zəminində bıçaqlanıb.

Əməli törətməkdə şübhəli bilinən qadnın həyat yoldaşı 1970-ci il təvəllüdlü Fikrət Balabəyov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, A.Balabəyova Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birində həkim işləyir.
OXŞAR XƏBƏRLƏR