Bakıda "Helloween" rəzilliyi - Özünüzü kimə və niyə göstərirsiz?

Bakıda "Helloween" rəzilliyi - Özünüzü kimə və niyə göstərirsiz?
SOSİAL
16:03 01.11.2023
1160

Əfsələddin Ağalarov
 
Boz Bakının mərkəzi küçəsi...

Adi günün ixtiyari saatından biri...

Küçə növbəti insan selinə şahidlik edir: Sevgidən bixəbər cehiz üstündə didişən cütlük, "bu ay çox yeyib-içdim, bu gün idmana başlayacam" deyib yürüyüşə çıxan yekəqarın çinli məmur, "Xəqanidən" üzü "McDonalds"a tərəf gələn turisti göz hədəfində saxlayıb meymununu o turistin üstünə qısqırtmağa hazırlaşan baməzə "Səyavuş", "uşaqları ayın axırı şəhərə çıxaracam" sözünün üstündə durduğu üçün çöhrəsinə xoşbəxtlik qonan və bir saat əvvəl DSMF, vergi, İcbari Tibbi Sığorta xərcləri çıxdıqdan sonra əlində 725 manat qalan ortastatistik Mahir, qonşu banka kredit borcu olan kredit mütəxəssisi, antidepressant atan psixoloq, banqladeşlini ərəb zənn edib "həbibi" deyə-deyə dalınca düşən hamımızın üzdən tanıdığı o qadın.

Hansı tərəfə, hansı yönə dönsən də səni tapıb saçlarını dağıdan külək, qışqırıq, siqnal, bir az restoranlardan, bir az da küçə musiqiçilərinin oxuduğu mahnıların qarışıq səsi...

Şəhərin ən adi günlərindən biri...

"Meymun oynadan Siyavuş"un yanından ötən üzləri, əlləri, geyimləri əcaib olan bir qrup gənc ətrafdakılara saxta gülüş satır, fərqliliklərindən zövq alır, körpə uşaqlara travma yaşadırlar. 

Kimdir bunlar? 

Şarlatan qiyafəsindəki bu insanlar əylənir ya əyləndiklərini zənn edirlər?

Anlaşıldı... Bu "Helloween"dir. Bu adamlar da "Helloween"çilər. 

"Helloween" bir digər ifadəylə ölülər bayramıdır. Bizim "qara bayram" dediyimiz dünyasını dəyişən şəxsin qırxı çıxandan sonra gələn ilk bayrama verdiyimiz addır. Düzdür, bayramları rənglərə görə bölmək düzgün olmasa da, bu adın da, məqsədin də nə olduğunu bilirik. 

Ağrı orasındadır ki, zəhərlənən, keyidilmiş cəmiyyətin fərdi olan bu gənclərin bir çoxu təkcə öz doğma babalarının məzarının yerindən deyil, çox şeydən xəbərsizdir. Məsələn, soruşsan Xankəndinin hələ də azad olunduğundan, müharibənin bitməsindən, Zəfər günündən... Mərcə də tutuşaram, mütləq ki çoxu xəbərsizdir. 

Səbəb?

Səbəb fərqlənmək, özünütəsdiq duyğusunun ön planda olmasıdır.

Çünki ortada səhv var. Səhv bu gənclərin özünü tapmalarına imkanın verilməməsindədir. Fərqli və normal əyləncələrin əlçatılan olmamasıdır. 

Normalda efirlərində intelektual müzakirələrin çoxluq təşkil etdiyi cəmiyyətlərdə insanların özünü realizə hissləri fərqli olur.  Kitab sərgiləri, ictimai müzakirələr və digər kütləvi tədbirlər çoxluğun axın etdiyi məkandır.

Bizdə isə efirlərimizdə ağız deyəni qulaq eşitmirsə, qulaq da gedib Avropalının bir mərəzini eşidəcək, ona heyran qalacaq... 

Nəticədə bağça müəlliməsi bağçada, orta sinif müəlliməsi də sinifdə "Helloween" adlanan, özü də bilmədən satanizmi təbliğ edəcək, körpələrə travma yaşadacaq. 

Sözün hər iki mənasında kəndinizə gəlin!

Əylənin, deyin, gülün, istəyirsinizsə süpürgənin üstünə oturub uçun. Amma insanların gözünə soxaraq bunu etməyin. 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:02 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
Ermənistanlı nazir İstanbulda Türkiyənin daha bir rəsmisi ilə görüşüb
21:41 28.06.2025
Ermənistanlı nazir İstanbulda Türkiyənin daha bir rəsmisi ilə görüşüb
Le Pen: Makron Fransa parlamentini tezliklə buraxa bilər
21:21 28.06.2025
Le Pen: Makron Fransa parlamentini tezliklə buraxa bilər
Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb
20:57 28.06.2025
Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı
20:36 28.06.2025
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı
Güləşçilərimiz İtaliyada Avropa çempionu oldu
20:27 28.06.2025
Güləşçilərimiz İtaliyada Avropa çempionu oldu
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri
20:01 28.06.2025
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri
“Neftçi” milli komandanın üzvünü transfer edib
19:54 28.06.2025
“Neftçi” milli komandanın üzvünü transfer edib
Azərbaycan XİN Pakistana başsağlığı verib
19:38 28.06.2025
Azərbaycan XİN Pakistana başsağlığı verib