Bakıda hərbi orkestrin müşayiəti ilə Zəfər yürüşü başladı

Bakıda hərbi orkestrin müşayiəti ilə Zəfər yürüşü başladı
SOSİAL
10:30 08.11.2022
152
Bakıda Zəfər Günü münasibəti ilə hərbi orkestrin müşayiəti ilə hərbiçilərin yürüşü başlayıb.

AZXEBER.COM xəbər verir ki, yürüşdən əvvəl şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Yürüş dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Qeyd edək ki, yürüşlər 3 marşrut üzrə keçirilir.

- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı;

- Şəhidlər Xiyabanı - "Alov qüllələri" kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;

- Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı;

Bundan başqa, Şuşa şəhərində də hərbi yürüş keçiriləcək.
OXŞAR XƏBƏRLƏR