Bakıda hərbi parada hazırlıq başlayıb

Bakıda hərbi parada hazırlıq başlayıb
SOSİAL
11:49 01.11.2025
114
Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi paradla bağlı məşqlər başlanılıb.

AZXEBER.COM xəbər verir ki, paytaxt səmasında hərbi təyyarələrin uçuşu müşahidə edilir.

Xatırladaq ki, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında Vətən müharibəsində qələbə şərəfinə Zəfər paradı keçirilib. 2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad olub. Bu il isə noyabrın 8-də paytaxtın Azadlıq meydanında hərbi parad təşkil olunacaq.
OXŞAR XƏBƏRLƏR