Bakıda bu heykəllər yuyulacaq - SİYAHI

Bakıda bu heykəllər yuyulacaq - SİYAHI
MƏDƏNİYYƏT
16:11 15.04.2022
1584
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə aprelin 18-də Mədəniyyət Nazirliyi, "Bakı Abadlıq Xidməti” MMC, Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı və sahə üzrə mütəxəssislərin iştirakı ilə "Təmiz heykəl” adlı layihə həyata keçiriləcəkdir.

Bu barədə AZXEBER.COM-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, layihə çərçivəsində müasir və tarixi memarlıq nümunələrinin vəhdətində özünəməxsus gözəlliyi ilə seçilən paytaxt ərazisində ucaldılan qədim zamanlardan günümüzə kimi həyatımızda mövcud olan mühüm sənət nümunələrindən olan heykəl, büst və barelyeflərin estetik görünüşünə mütəmadi nəzarətedilməsi, təbiət hadisəsi və insan faktorunın təsiri ilə çirklənmiş abidələrin yuyulması, xüsusi məhlullarla təmizlənməsi və s. işlərin görülməsi nəzərdə tutulub.

"Təmiz heykəl” adlı layihənin başlıca məqsədi ölkəmizin ərazisində ucaldılıb Azərbaycanın dahi şəxsiyyətlərinə həsr olunmuş yüksək estetik dəyərə malik olan, milli-mədəni irsə və tarixi keçmişə dərin ehtiram duyğusu oyadan heykəl, büst və barelyeflərə xüsusi diqqətin göstərilməsi və onların baxımlı saxlanılmasıdır.

"Təmiz heykəl” adlı layihə çərçivəsində Azərbaycanın görkəmli ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri - Xurşidbanu Natəvan (Məhəmməd Əmin Rəsulzadə küçəsi ilə Əzizə Əliyeva küçəsinin kəsişməsi, "Azərbaycan" kinoteatrının qarşısı), Mirzə Ələkbər Sabir (İstiqlaliyyət küçəsi, Sabir bağı), Mirzə Fətəli Axundzadə (Axundov bağı), Mikayıl Müşviq (İnşaatçılar prospekti), Mehdi Hüseynzadə (Tbilisi prospekti ilə Bakıxanov küçəsinin kəsişməsi), Nəsimi (Nizami küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsi), Fikrət Əmirov (Üzeyir Hacıbəyov küçəsi), Bülbül (Bülbül küçəsi ilə Nizami küçəsinin kəsişməsi), Niyazi (Niyazi küçəsi), Hacı Zeynalabdin Tağıyev (Səbail rayonu, İçərişəhər metrostansiyası), Yusuf Məmmədəliyev (İstiqlaliyyət küçəsi), Səməd Vurğuna (Puşkin küçəsi) həsr olunmuş heykəl və büstlərin, "Kitabi-Dədə Qorqud” (Nərimanov rayonu, Dədə Qorqud parkı) və "İstiqlal” (İstiqlaliyyət küçəsi) abidələrinin, həmçinin Aleksandr Puşkin (Puşkin küçəsi) və Volfqanq Amadey Motsartın (İnşaatçılar prospekti, Motsart bağı) heykəllərinin təmizlənməsi nəzərdə tutulmuşdur. Layihəyə 18 aprel 2022-ci il tarixində saat 12:00-da Xurşidbanu Natəvanın heykəlinin təmizlənməsi ilə start veriləcəkdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
19:48 02.05.2025
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək
19:37 02.05.2025
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək
Vüsalə: Sənətkarı verilişə çağırıb elə adamla otuzdururlar ki…
19:25 02.05.2025
Vüsalə: Sənətkarı verilişə çağırıb elə adamla otuzdururlar ki…
Makron Papa seçkilərinə təsir etməyə çalışmaqda şübhəli bilinib
19:10 02.05.2025
Makron Papa seçkilərinə təsir etməyə çalışmaqda şübhəli bilinib
Əməkdar artist: Sənətkar adam efir-efir gəzməz
18:59 02.05.2025
Əməkdar artist: Sənətkar adam efir-efir gəzməz
"Real" Portuqaliya klubunun müdafiəçisi ilə maraqlanır
18:47 02.05.2025
"Real" Portuqaliya klubunun müdafiəçisi ilə maraqlanır
Şolts "Almaniya üçün Alternativ" partiyasını qadağan etməyə tələsməməyə çağırıb
18:34 02.05.2025
Şolts "Almaniya üçün Alternativ" partiyasını qadağan etməyə tələsməməyə çağırıb
Abdolbari Gozalın yerinə o təyin olundu - FOTO
18:31 02.05.2025
Abdolbari Gozalın yerinə o təyin olundu - FOTO
İranın cənub-şərqində son altı ayda 250 silahlı zərərsizləşdirilib
18:26 02.05.2025
İranın cənub-şərqində son altı ayda 250 silahlı zərərsizləşdirilib
Çili sahillərində 7,4 maqnitudalı zəlzələ baş verib
18:16 02.05.2025
Çili sahillərində 7,4 maqnitudalı zəlzələ baş verib
Xocalıda 17 yaşlı oğlanın əlində qumbara partladı - Barmaqlarını itirdi
18:01 02.05.2025
Xocalıda 17 yaşlı oğlanın əlində qumbara partladı - Barmaqlarını itirdi
6 aprel imtahanlarının nəticələri - Ən yüksək balı o topladı
17:46 02.05.2025
6 aprel imtahanlarının nəticələri - Ən yüksək balı o topladı
Orxan Məmmədov: İnformasiya təhlükəsizliyi dövlət təhlükəsizliyinin vacib hissəsidir
17:26 02.05.2025
Orxan Məmmədov: İnformasiya təhlükəsizliyi dövlət təhlükəsizliyinin vacib hissəsidir
"Global Media Group"un informasiya resurslarına hücum edənlərin bəziləri ölkədəki hotellərdə olublar
17:02 02.05.2025
"Global Media Group"un informasiya resurslarına hücum edənlərin bəziləri ölkədəki hotellərdə olublar
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:00 02.05.2025
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Pir Həsən ziyarətgahının təmiri üçün 550 min manat ayrılıb - SƏRƏNCAM
16:54 02.05.2025
Pir Həsən ziyarətgahının təmiri üçün 550 min manat ayrılıb - SƏRƏNCAM