Bakıda hindistanlı milyonçunun toyu baş tutdu: Bulvarda yolu bağlayıb oynadılar (VİDEO)

SOSİAL
14:46 07.09.2018
12561

Bakının mərkəzində maraqlı görüntülər lentə alınıb.

 

AZXEBER.COM xəbər verir ki, bulvar yaxınlığından bir qrup Hindistan vətəndaşının iştirakı ilə toy baş tutub. Hindistan adət-ənələrinə uyğun təşkil edilən toy mərasimində gəlin azərbaycanlı olub. Məlumata görə, bəy Hindistanın tanınmış iş adamlarından biri olub. 

  

Əldə etdiyimiz məlumata görə toy Bakının məşhur oletllərində biri olan "Fairmont Baku, Flame Towers”-də baş tutub . Bu məsələ ilə bağlı "Fairmont Baku, Flame Towers”in PR və Marketinq meneceri Zümrüd İsmayılova hind toyunun hal-hazırda keçirildiyini təsdiq edərək, tədbir haqqında qısa məlumat verib.


"Bəli, "Fairmont Baku”da Hindistandan olan Maithili Sagar və Rohit Qubta adlı cütlüyün toy mərasimi rəsmi olaraq 4-5-6 sentyabr tarixlərinə təyin edilib. Amma hər bir xalqın fərqli adət və ənənələri var, təbii ki, hind xalqı da istisna deyil. Qeyd etdiyim kimi, toy mərasimi üçün rəsmi olaraq 3 gün seçilib, amma toya qədər və toydan sonra keçirilən kiçik mərasimlər də mövcuddur. Bu səbəbdən də toy 3 gündən artıq müddətə çəkir. Bu tədbirlər sırasına xına mərasimi, kişilər üçün türban bağlamaq və qadınlar üçün qolbaq taxmaq və s. kimi mərasimlər daxildir”, - deyə Z.İsmayılova bildirib.

Toy mərasimi üçün niyə məhz Azərbaycanın paytaxtının və "Fairmont Baku”-nun seçilməsi ilə əlaqədar sualımıza cavab olaraq Z.İsmayılova:

"İlk növbədə, Azərbaycanı Hindistanda kifayət qədər tanımasalar da, son zamanlar burda xarici toyların keçirilməsi onların da diqqətini çəkib.Bu toy mərasiminin niyə məhz "Fairmont Baku”da keçirilməsi səbəbinə gəldikdə isə, ikonik Alov Qüllələri və bu sahədə təcrübəmiz, eləcə də daha əvvəl keçirilən toylarda yaratdığımız xoş təəssüratların geniş əks-sədadır” – deyib. 


Rəngarəng görüntülərin əks olunduğu həmin kadrları təqdim edirik:

 

OXŞAR XƏBƏRLƏR