Uşaqlar analarını atalarından qoruya bilmədilər – Bakıda tükürpədən ailə dramı

Uşaqlar analarını atalarından qoruya bilmədilər – Bakıda tükürpədən ailə dramı
SOSİAL
10:33 12.01.2019
7524
Uşaqlar evdəki bütün bıçaqları gizlədiblər ki, ataları – Masallı rayon sakini Dadaşov Rövşən analarını öldürməsin.

AZXEBER.COM xəbər verir ki, Nəsimi rayonunun hüquq-mühafizə orqanları Bakıda gənc qadının qətlə yetirilməsinin detallarını "Sputnik Azərbaycan"a açıqlayıb.

Qeyd edək ki, yanvarın 10-da saat 23:55-də Cavadxan küçəsindəki evdə yerləşən kirayə mənzillərin birində 31 yaşlı Aidə Dadaşova başına küt alətlə vurulan zərbə nəticəsində ölüb. Faktla bağlı onun 38 yaşlı həyat yoldaşı Dadaşov Rövşən Möhübbət oğlu saxlanılıb.

İlkin araşdırma zamanı məlum olub ki, qısqanclıq Dadaşovun arvadını qətlə yetirməsinə səbəb olub. Dindirilmə zamanı Dadaşov deyib ki, o, beş gün sərasər arvadının hərəkətlərini izləyib.

Ailə dağılmaq ərəfəsində olub. Hadisədən bir müddət əvvəl Dadaşova WhatsApp mobil tətbiqi vasitəsilə baldızına yazıb: "Rövşənə de, məni rahat buraxsın, biz boşanırıq”.

Cütlüklər arasında qalmaqallar adi hal olub. Kişi həmişə arvadını döyürmüş. Bu səbəbdən də qadın ərinin yanından gedib. Bir müddət o, məişət zorakılığına məruz qalanlar üçün sığınacaqda yaşayıb.

Amma Dadaşov uzun danışıqlardan və bir daha arvadını döyməyəcəyinə söz verəndən sonra qadını evinə qaytara bilib.

İki uşağı olan cütlük Cavadxan küçəsində mənzil kirayələyiblər və qadın ərinə boşanmaq qərarına gəldiyini deyənə qədər bir müddət bir yerdə yaşayıblar.

Hadisədən beş gün qabaq Dadaşov evdən gedib. Lakin yanvarın 10-da gecə kirayə qaldıqları mənzilə qayıdıb və qadından onu evə buraxmağı xahiş edib. O, evə öz əşyalarını götürmək üçün qayıtdığını deyib. Qadın onu evə buraxıb.

Cütlük arasında növbəti qalmaqal başlayıb. Onlar bir-birilərini qarşılıqlı ittiham ediblər və bu ittihamlar onları özlərindən çıxarıb. Analarına görə qorxduqları üçün uşaqlar evdəki bütün bıçaqları götürərək blokda gizlədiblər. Amma sən demə, kişi hazırlıqlı gəlibmiş. O, özü ilə dəmir parçası gətirib və onunla qadını uşaqlarının gözü qabağında öldürüb.

Dadaşovanın rəfiqəsi istintaqa verdiyi ifadədə bildirib ki, kişi heç yerdə işləməyib və həmişə qadına güc tətbiq edib. O, daim qadını evdən qovurmuş ki, gedib pul qazansın. Özü də hər gün evdə nahara ət yeməyi tələb edirmiş.

Qəsdən adamöldürmə faktı ilə bağlı cinayət işi qaldırılıb, istintaq davam edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
15:19 19.06.2026
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
15:10 19.06.2026
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
15:03 19.06.2026
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
14:59 19.06.2026
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
14:44 19.06.2026
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
14:33 19.06.2026
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
14:21 19.06.2026
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
14:19 19.06.2026
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
14:15 19.06.2026
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
14:09 19.06.2026
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
13:53 19.06.2026
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
13:38 19.06.2026
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
13:37 19.06.2026
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
13:34 19.06.2026
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
13:28 19.06.2026
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Mütəxəssislərdən xəbərdarlıq: Kaliforniyada dağıdıcı zəlzələnin əlamətləri görünür
13:20 19.06.2026
Mütəxəssislərdən xəbərdarlıq: Kaliforniyada dağıdıcı zəlzələnin əlamətləri görünür