Cəlilabad şəhərində ağır yol qəzası baş verib.
AZXEBER.COM xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
"Toyota Prius" "VAZ-21099" markalı maşına çırpılıb. Daha sonra zərbənin təsirindən idarəetməni itirən avtomobil qarşı tərəfdən gələn "VAZ 2107" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Hadisə nəticəsində 3 nəfər - 1960-ci il təvəllüdlü Beytulla Mirzəyev, 2021-ci il təvəllüdlü Sənan Diniyev və Kənan Diniyev xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla ilə bağlı araşdırma aparılır.











































