İsrailin Baş naziri Benyamin Netanyahu İordan çayının qərb sahilində hərbi mövcudluğun gücləndirilməsi barədə göstəriş verib.
Netanyahu ordu və kəşfiyyat qurumlarına bölgədə əməliyyatları genişləşdirməyi tapşırıb.
"Mən orduya və kəşfiyyata İordan çayının qərb sahilində hərbi mövcudluğumuzu gücləndirmək, hücumlar həyata keçirmək və həbslər aparmaq barədə göstəriş verdim”, – İsrailin hökumət başçısı bildirib.
///modern.az///











































