Rusiya seçkilərinə 100 milyondan çox təhlükəli müdaxilə edilib

Rusiya seçkilərinə 100 milyondan çox təhlükəli müdaxilə edilib
DÜNYA
17:42 20.09.2026
82
Rusiyada Dövlət Dumasına keçirilən seçkilər sakit şəraitdə və qanunvericiliyə uyğun davam edir.

Bunu Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova brifinqdə bildirib.

Onun sözlərinə görə, seçkilərdə yüksək fəallıq müşahidə olunur və sentyabrın 18-dən bəri seçki sisteminə qarşı heç bir uğurlu kiberhücum qeydə alınmayıb.

Pamfilova seçki resurslarına təsirin yüksək səviyyədə olduğunu, hücumlarda əsasən kütləvi DDoS üsullarından istifadə edildiyini deyib. O bildirib ki, məsafədən elektron səsvermə sisteminə hücumlar əsasən xaricdən, o cümlədən Ukrayna və Böyük Britaniyadan həyata keçirilib.

MSK sədrinin sözlərinə görə, seçkilər müddətində elektron resurslara 100 milyondan çox potensial təhlükəli müdaxilənin qarşısı alınıb. Moskvada elektron səsverməni izləyən və "sistem partiyalarından” birini təmsil edən müşahidəçinin sistemə qəsdən virus daxil etməsi faktının qeydə alındığı da bildirilib.

Pamfilova ölkədə fəaliyyət göstərən 91 min seçki komissiyasında qeydə alınan pozuntuların yüzdə bir faizdən də az olduğunu vurğulayıb.

O qeyd edib ki, səsvermənin ilk günü müşahidəçilərin hüquqlarının həyata keçirilməsində çətinliklərlə bağlı cəmi 23, sentyabrın 20-də isə üç şikayət daxil olub. MSK-ya daxil olan bütün müraciətlərin dərhal araşdırıldığı bildirilib.

Pamfilova müşahidəçilərin seçki məntəqələrinə kütləvi şəkildə buraxılmaması ilə bağlı məlumatları "saxta xəbər” adlandırıb.

Onun sözlərinə görə, seçkiləri izləmək üçün Avropa ölkələri və ABŞ-dan 40-a yaxın beynəlxalq müşahidəçi Rusiyaya gəlib.

///modern.az///
OXŞAR XƏBƏRLƏR