Meyidin tibbi ekspetrizaya göndərildiyi bildirilir
Bu gün səhər saatlarında Bakının Xətai rayonu ərazisində Hindistan vətəndaşı qətlə yetirilib. Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsindən verilən məlumata görə, Nəcəfqulu Rəfiyev küçəsi 17 ünvanında 35 yaşlı hindistanlı Bemrut Kumar Çadri qətlə yetirilib. Hazırda hadisə yerində hüquq-mühafizə orqanları araşdırma aparılır. Meyidin tibbi ekspetrizaya göndərildiyi bildirilir.
Qeyd edək ki, qətlə yetirilən Bemrut Kumarın tələbə olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır. (ANSPRESS)