09:36 Cümə Axşamı, 12 Dekabr 2019
SOSİAL

Bakıda hosteldə turistin başına oyun açıldı

13:38, 08.07.20193768
Bakıda hosteldə turistin başına oyun açıldı
Səbail RPİ-nin 39-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş iyulun 5-də yaşadığı hosteldə 400 manat və 400 ABŞ dolları pulunun oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb, qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Füzuli rayon sakini S.Rüstəmov 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.
XƏBƏR LENTİ