Bakıda hoteldə qadın bıçaqlandı

Bakıda hoteldə qadın bıçaqlandı
SOSİAL
11:35 29.06.2022
359
Bakıda hoteldə bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Sabunçu qəsəbəsi A.Əsədullayev küçəsində yerləşən "Panoramic" hoteldə qeydə alınıb. Mehmanxanada 1992-ci il təvəllüdlü Sürəyyə Əliyeva (şərti) bıçaqlanıb. Döş qəfəsi nahiyəsindən daxilə nüfuz edən və qolundan bıçaq xəsarətləri alan qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

İlkin araşdırmalardan sonra qadının tanışı, 1990-cı il təvəllüdlü Ə.Salamov tərəfindən bıçaqlanmasına əsaslı şübhələr müəyyən edilib .

Onun tutularaq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR