Bakıda "Hyundai" yandı: yaralılar var

Bakıda "Hyundai" yandı: yaralılar var
SOSİAL
18:02 09.03.2016
2296
Bakıda yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
AZXEBER/COM  FHN-in saytına istinadən bildirir ki, Səbail rayonunda vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb.
Hadisə zamanı xəsarət alan 2 nəfər yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
OXŞAR XƏBƏRLƏR