Bakıda orta məktəblərin birində ibtidai sinif müəllimi işləyən Həsənova Zeynəb Aydın qızı koronavirusun qurbanı olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə BAKU.WS-ə mərhumun yaxınları məlumat verib.
Bildirilir ki, 56 yaşlı müəllim 20 gün xəstəxanada müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Həsənova Zeynəbin çalışdığı 202 №-li tam orta məktəb onun ölümünü təsdiqləyib.