Sərxoş vəziyyətdə sərnişin daşıyan avtobus sürücüsü həbs edildi

Sərxoş vəziyyətdə sərnişin daşıyan avtobus sürücüsü həbs edildi
SOSİAL
12:17 18.08.2025
645
Yollarda baş verə biləcək qəzaların qarşısının alınması və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı sərnişin daşıma fəaliyyəti ilə məşğul olan "İsuzu” markalı, 99-XO-187 dövlət qeydiyyat nişanlı avtobus nəzarət qaydasında Ekoloji nəzarət postunda saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsini idarə edən, Ağcabədi rayonu sakini Əliyev Tural Hüseyn oğlunun alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən sürücünün sərxoş vəziyyətdə olduğu təsdiqlənib.

Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə T.Əliyev 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə xatırladır ki, sərxoş vəziyyətdə sükan arxasına keçmək yolverilməzdir. Sərnişin daşıyan hər bir sürücü daşıdığı insanların həyatına birbaşa məsuliyyət daşıyır və bu məsuliyyətin unudulması qəza və faciələrlə nəticələnə bilər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb
04:12 29.10.2026
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb
Fransanın büdcə vəziyyəti ilə bağlı xəbərdarlıq edilib
04:00 29.10.2026
Fransanın büdcə vəziyyəti ilə bağlı xəbərdarlıq edilib
Yeniyetmələr arasında kütləvi qətl törədənlərə pərəstişin yayılması həyəcan doğurur
03:50 29.10.2026
Yeniyetmələr arasında kütləvi qətl törədənlərə pərəstişin yayılması həyəcan doğurur
Pakistanda hərbi əməliyyatlar zamanı 9 yaraqlı öldürülüb
03:40 29.10.2026
Pakistanda hərbi əməliyyatlar zamanı 9 yaraqlı öldürülüb
İran müharibəsi ABŞ-yə təqribən 47 milyard dollara başa gəlib
03:30 29.10.2026
İran müharibəsi ABŞ-yə təqribən 47 milyard dollara başa gəlib
"Fənərbağça" komandasının müvəqqəti baş məşqçisi açıqlanıb
03:20 29.10.2026
"Fənərbağça" komandasının müvəqqəti baş məşqçisi açıqlanıb
"Barselona" Xulian Alvaresə görə kəsilən cərimədən şikayət edəcək
03:10 29.10.2026
"Barselona" Xulian Alvaresə görə kəsilən cərimədən şikayət edəcək
Paşinyan İranla sərhəd infrastrukturunun inventarlaşdırılması üçün komissiya yaradıb
03:00 29.10.2026
Paşinyan İranla sərhəd infrastrukturunun inventarlaşdırılması üçün komissiya yaradıb
Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var
02:50 29.10.2026
Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var
Zelenski: Biz istənilən formatda danışıqlara hazırıq
02:40 29.10.2026
Zelenski: Biz istənilən formatda danışıqlara hazırıq
Belqradda İsrail səfirliyinin əməkdaşına bıçaqla hücum edən yeniyetmə güllələnib
02:30 29.10.2026
Belqradda İsrail səfirliyinin əməkdaşına bıçaqla hücum edən yeniyetmə güllələnib
Almaniyada Rusiyaya işləməkdə şübhəli bilinənlər saxlanıldı
02:20 29.10.2026
Almaniyada Rusiyaya işləməkdə şübhəli bilinənlər saxlanıldı
Dörd bürcün həyatında çətinliklər geridə qalır
02:10 29.10.2026
Dörd bürcün həyatında çətinliklər geridə qalır
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
02:00 29.10.2026
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
Həkimlər problemini tapa bilmirlər - FOTO
01:53 29.10.2026
Həkimlər problemini tapa bilmirlər - FOTO
İran vasitəçilərlə diplomatik təmasları davam etdirmək niyyətindədir
01:46 29.10.2026
İran vasitəçilərlə diplomatik təmasları davam etdirmək niyyətindədir