Bakıda içi sərnişinlə dolu avtobus hərəkətdə olan zaman tüstülədi - VİDEO

Bakıda içi sərnişinlə dolu avtobus hərəkətdə olan zaman tüstülədi - VİDEO
SOSİAL
17:08 27.02.2018
2694
Bakıda 94 nömrəli sərnişin avtobusu yolda tüstülüyüb. 

AZXEBER.COM xəbər verir ki, 99-XT-628 dövlət qeydiyyat nişanlı avtobus texniki nasazlıq yaradıb. Nəticədə ərazini tüstü basıb. 
 
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, Tərlan Qəniyev adlı sürücünün idarə etdiyi avtobus xətdə olarkən texniki nasazlıq yaradıb. Avtobus dərhal istehsalat bazasına qaytarılıb. 
 
Qurumun sözçüsü deyir ki, Zəruri texniki işlər görüldükdən sonra nəqliyyat vasitəsi yenidən xətdə buraxılıb. Onun sözlərinə görə, paytaxtın marşrut şəbəkəsində mövcud avtobusların 50%-i texniki baxımdan yararsızdır. 

"BNA avtobus bazasının yenilənməsi ilə bağlı daşıyıcılar qarşısında tələb qoyub. Bu tələbə uyğun olaraq 2017-ci ildə 1000 ədədə yaxın avtobus əsaslı təmir edilib. Bununla yanaşı bir neçə marşrut xətti üzrə yeni nəqliyyat vasitələri alınaraq Bakıya gətirilib. Avtobus bazasının yenilənməsi işləri bu gün də davam etməkdədir. Bir məqamı unutmayaq ki, BNA sərnişindaşıma ilə məşğul olmur, avtobuslar da BNA-ya aid deyil. Bunlar hamısı daşıyıcıyalar aid məsələlərdir. Biz bu sahəyə nəzarət edən dövlət qurumu olaraq bütün zərurui tədbirləri görürük ki, daşıyıcılar qısa vaxtda avtobuslarını yeniləsin. Təbii müəyyən bir zaman kəsiyindən sonra bu tələbə əməl etməyən daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq. Bu avtobusların məsələsi nəzarətə götürülüb. Daşıyıcının verdiyi məlumata görə, Tərlan Qəniyev adlı sürücünün idarə etdiyi avtobus xətdə olarkən texniki nasazlıq yaradıb. Avtobus dərhal istehsalat bazasına qaytarılıb".  
 
 

OXŞAR XƏBƏRLƏR