Bakıda icra məmurunun avtomobili ilə vurduğu qadın ölüb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, icra məmuru Tural İsayev "Mercedes-Benz C220" markalı avtomobillə Binəqədi-Novxanı-Corat avtomobil yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçən piyada Nərgiz İsgəndərovanı ehtiyatsızlıqdan vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt șəhər prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.