Bakıda iki avtomobil toqquşdu: Biri yandı

Bakıda iki avtomobil toqquşdu: Biri yandı
SOSİAL
10:58 07.11.2021
250

Bakı şəhərinin Nizami rayonunda "Chevrolet” və "Toyota” markalı iki minik avtomobili toqquşub.

AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə "Chevrolet” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR