AZXEBER.COM xəbər verir ki, 2015-ci ilin 19 may tarixində səhər saatlarında baş vermiş yanğın hadisəsinəticəsində 15 nəfər ölüb, 50 nəfər isə yaralanıb. Yanğının başlamasına səbəb kimi binanın üzərinə çəkilmiş penoplas üzlüklər göstərilir.
Sözügedən hadisə ilə əlaqədar 2017-ci il yanvarın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həmin binada üzləmə işlərini həyata keçirən "Global Construction” şirkətinin təsisçisi Miryusif Mahmudov 8 il, direktoru Uğur Bəşirov 5 il, müavin Ələkbər Əsgərov 4 il, Binəqədi rayon icra başçısının müavini Qəzənfər Novruzov 4 il, icra hakimiyyətinin şöbə müdiri Ədalət Rəcəbov 4 il, ”JEK” müdiri Nizami Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Hadisədən sonra prezident tərəfindən baş verən yanğın faktı ilə bağlı Dövlət Komissiyası yaradılıb. 20 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hadisə yerini ziyarət edib.