Bakı şəhərində iki nəfər dənizdə boğulub.AZXEBER.COM Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 16-da Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakini Vüsal Qədirov və Massallı rayon sakini Amil Əliyev çimərkən boğulmuşlar. V.Qədirovun meyiti çıxarılmış, A.Əliyevin meyitinin tapılması üçün tədbirlər görülür.