Bakıda iki qızın özlərini körpüdən atmaq cəhdinin qarşısı alındı - FOTOLAR

SOSİAL
13:44 06.07.2016
2354

Paytaxtda iki qız ətrafdakıları özlərini “Qaqarin körpüsü”ndən atacaqları ilə hədələyib.

Məlumatı hadisənin şahidləri veriblər.

Məlumata görə, hadisə yerinə çoxlu polis və FHN əməkdaşları gəlib.

Amma hüquq-mühafizə orqanlarının hadisə yerində olan əməkdaşları informasiyanı təsdiq etməyiblər. Onlar bununla bağlı hər hansı şərh verməkdən də imtina ediblər.

Şahidlərin sözlərinə görə isə qızlarla aparılan danışıqlardan sonra onları intihar fikrindən daşındırmaq mümkün olub. (virtualaz.org)

OXŞAR XƏBƏRLƏR