Bakıda iki təmir sexi yandı

Bakıda iki təmir sexi yandı
SOSİAL
10:24 18.02.2024
196
Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 20 m² olan məişət avadanlıqlarının təmiri sexi və bitişik ümumi sahəsi 20 m² olan ayaqqabı təmiri sexinin yanar konstruksiyaları yanıb.

AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR