Bakıda iki uşaq anası özünü 8-ci mərtəbədən atdı

Bakıda iki uşaq anası özünü 8-ci mərtəbədən atdı
SOSİAL
10:41 29.05.2017
7967
Bakıda intihar hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Binəqədi rayonu, Fərman Məlikov küçəsi ev 1 ünvanında yaşayan, 1993-cü il təvəllüdlü Lamiyə Rafiq qızı Qəribova 17 mərtəbəli binanın 8-ci mərtəbəsindən özünü atıb. O, yerindəcə keçinib.
 
Özünə qəsdin dəqiq səbəbləri hələlik məlum deyil. L. Qəribova iki uşaq anasıdır.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 



08:08

Bakının Binəqədi rayonunda gənc qadın intihar edib.
AZXEBER.COM report.az-a istinadən bildirir ki, hadisə rayonun 8-ci mikrorayon ərazisində yerləşən binalardan birində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü qadın (Adı, hələlik açıqlanmır) özünü 8-ci mərtəbədən yerə atıb. O, xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR