Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 315 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 110 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.