Son vaxtlar Bakının bəzi kəndlərində və ölkənin müxtəlif rayonlarında ilanların sayının artdığı müşahidə olunur. Xüsusilə isti havaların təsiri ilə yaşayış məntəqələrinə yaxın ərazilərdə ilanların görünməsi sakinlər arasında narahatlıq yaradıb.
Bəs bu artımın səbəbi nədir?
Ekoloq Qorxmaz İbrahimli AZXEBER.COM-a açıqlamasında bildirib ki, bunun əsas səbəblərindən biri qurbağaların sayının artmasıdır:
"Bakının bəzi kəndlərində ilanların daha çox görünməsinin əsas səbəbi may və iyun aylarında yağıntıların çox olmasıdır. Güclü yağışlar nəticəsində qurbağaların sayı artıb və sel suları onları yarımadaya daşıyıb. Bu isə ilanlar üçün əlverişli qidalanma mühiti formalaşdırıb. Burada qeyri-adi heç nə yoxdur. İlanların sayının artması təbiət üçün zərərli hal hesab edilmir. Sadəcə, insanlar daha diqqətli olmalı və ehtiyat tədbirlərinə əməl etməlidirlər”.
Şahanə Ziyad











































