Əhalinin narazılığı mağazalardakı qiymətləri dəyişdi.
Bakıda Apple şirkətinin bir neçə gün əvvəl satışa çıxarılan yeni iPhone 6 və iPhone 6 Plus qiymətləri ölkədə ciddi müzakirə obyektinə çevrildi.
Bundan əvvəl məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən telefon satışı mağazaları paytaxtda iPhone 6 16qb - 1 695 AZN, iPhone 6 64qb isə 1 895 AZN satıldığını bildirmişdilər.
Qiymətlərin açıqlanması ilə bu mövzu sosial şəbəkələrdə geniş müzakirəyə səbəb oldu. iPhone 6 smartfonlarının potensial alıcıları qiymətlərin çox yüksək olduğu, həmin pula təyyarə bileti alıb ABŞ-a getmək, oradan telefon alıb geri qayıtmağın mümkün olduğunu yazmağa başladılar.
Görünür bu müzakirələr mağaza sahiblərinin diqqətindən yayınmayıb. Və artıq bu gündən etibarən Bakıdakı telefon mağazalarında iPhone 6 smartfonlarının qiyməti birdən-birə 500 manat ucuzlaşıb.
Son qiymətlər isə belədir:
iPhone 6 Space Grey 128GB - 1399 AZN
iPhone 6 Space Grey 16GB - 1199 AZN
iPhone 6 Space Grey 64GB - 1299 AZN
iPhone 6 Gold 128GB - 1399 AZN
iPhone 6 Gold 16GB - 1199 AZN
iPhone 6 Gold 64GB - 1299 AZN
iPhone 6 Silver 128GB - 1399 AZN
iPhone 6 Silver 16GB - 1199 AZN
iPhone 6 Silver 64GB - 1299 AZN
iPhone 6 Plus Space Grey 16gb - 1599 AZN
iPhone 6 Plus Space Grey 64GB - 1699 AZN
iPhone 6 Plus Gold 16GB - 1599 AZN
iPhone 6 Plus Gold 64GB - 1699 AZN
iPhone 6 Plus Silver 16GB - 1599 AZN
Qeyd edək ki, cəmi bir gün əvvəl qiymətlər yuxarıda göstərilənlərdən 500 manat çox idi.