Bakıda "İphone"lara qənim kəsilən oğru tutuldu - FOTO

Bakıda "İphone"lara qənim kəsilən oğru tutuldu - FOTO
TOP4
16:32 02.02.2018
2349

Dələduzluq yolu ilə insanları aldadan və bununla da zərərçəkənlərin qiymətli mobil telefonlarını mənimsəyən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat həyata keçirilib.


BakuPost DİN-ə istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinə Ağdaş rayon sakini Əliyusif İsmayılov müraciət edərək bildirib ki, bir neçə gün əvvəl onlayn alış-veriş saytlarında özünə məxsus "İPhone 8” markalı mobil telefonu satmaq istəməsi barədə elan yerləşdirib. Daha sonra bir nəfər tanımadığı şəxs onunla əlaqə saxlayaraq həmin telefonu almaq istədiyini bildirib. Nərimanov rayonunda yerləşən marketlərdən birinin qarşısında görüşəndən sonra həmin şəxs yaxın qohumunun bu obyektdə işlədiyini və telefonu onun üçün almaq istədiyini bildirib. Zərərçəkəndən telefonu qohumuna göstərmək adı ilə alan həmin şəxs marketə daxil olub və obyektin arxa qapısından çıxaraq hadisə yerindən uzaqlaşıb.


 

Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən dələduzluq cinayətini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Altay Ağamalıyev saxlanılıb.


 

Saxlanılan şəxsin ətrafında aparılan əlavə tədbirlərlə onun eyni üsulla daha 5 nəfərə məxsus "İPhone 7”, "İPhone 8” və "İPhone X” kimi qiymətli mobil telefonları ələ keçirdiyi məlum olub. A.Ağamalıyev həmin telefonlardan 5-ni paytaxtın müxtəlif nöqtələrində yerləşən telefon alqı-satqısı mağazalarında satıb. Digər telefonu isə saxlanılana qədər özü istifadə edib. Saxlanılan şəxsin dələduzluqla əldə etdiyi mobil telefonlardan bir neçəsinin yeri polislər tərəfindən müəyyən edilərək maddi sübut kimi götürülüb.


Qeyd edilənfaktlarla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.


 

Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Altay Ağamalıyevin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya Nərimanov Rayon Polis İdarəsi, eləcə də 18-ci Polis Bölməsinə müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
19:16 08.11.2026
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:07 08.11.2026
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər