Bakıda işçi marketdən 10 min manatlıq oğurluq etdi

KRİMİNAL
11:25 22.03.2023
664
Bakıda marketdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən xəbərə görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-dən 21-dək olan müddətdə rayon ərazisindəki marketlərin birindən 10000 manat dəyərində ərzaq malları oğurlamaqda şübhəli bilinən marketin işçisi, Gəncə şəhər sakini V.İsgəndərov saxlanılıb.

OXŞAR XƏBƏRLƏR