Bakıda işdən evə qayıdan qadını küçədə döydülər

Bakıda işdən evə qayıdan qadını küçədə döydülər
SOSİAL
09:40 23.06.2017
867

 

Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, işdən evə gələn Əliyeva Arzu Məhərrəm qızı İlyas Aslanov küçəsində tanımadığı iki naməlum şəxs tərəfindən döyülüb.

Qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR