Bakıda işıqfor dirəkləri oğurlandı

Bakıda işıqfor dirəkləri oğurlandı
SOSİAL
12:48 25.07.2022
246
Bakının Buzovna qəsəbəsində anbardan işıqfor dirəkləri oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) AZXEBER.COM-a məlumat verilib.

Bildirilib ki, Xəzər RPİ 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən qəsəbə ərazisində yerləşən "Avtopark” MMC-nin anbarından üç ədəd işıqfor dirəyini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Abdullayev saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olması da məlum olub.
OXŞAR XƏBƏRLƏR