Bakıda israilli boksçu xəstəxanaya yerləşdirildi

Bakıda israilli boksçu xəstəxanaya yerləşdirildi
SOSİAL
16:43 26.12.2016
828

 

Bakıda Abbas Ağalarovun xatirəsinə keçirilmiş beynəlxalq turnirdə İsrail yığmasının boksçusu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

69 kq çəkidə çıxış edən 16 yaşlı Deresh Pablo döyüş zamanı zədələnib. 

O, ötən gün 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Federasiyanın baş katibi Nağı Səfərov idmançının xəsarət alaraq xəstəxanaya yerləşdirilməsini təsdiqləyib. 

O bildirib ki, D.Pablo xəstəxanada tibbi müayindən keçib, tamoqrafiya olunub. Tibbi müayinədən sonra D.Pablo komandanın yerləşdiyi hotelə yola salınıb. N.Səfərov İsrail yığmasının bu axşam Azərbaycanı tərk edəcəyini də vurğulayıb.

///Report
OXŞAR XƏBƏRLƏR