Bakıda istintaq təcridxanasında olan Araik Arutyunyanı hansı cəza gözləyir? - Vəkil açıqladı

SİYASƏT
11:56 17.10.2023
2364
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən 5-ci dəfə raket hücumuna məruz qalmasından üç il ötür.

2020-ci il oktyabrın 17-də gecə saat 01 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə növbəti dəfə xain və qəddarcasına atəşə tutub. Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb.
 
3 il əvvəl baş verən terror hadisəsindən sonra seperatçı və terrorçu Arayik Arutunyan Gəncə şəhərinin onun əmri ilə vurulduğunu etiraf etmişdi. 

Araik Arutyunyan öz sosial şəbəkə hesabından Gəncə terrorunun məsuliyyətini öz üzərinə götürdüyünü də elan etmişdi. 
 
Gəncə terrorundan 3 il ötdüyü bir dönəmdə hadisənin sifarişçisi Araik hazırda Bakıda həbsxanadadlr. 

Onu hansı cəza gözləyir? sualına cavab olaraq AZXEBER.COM-a açıqlama verən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Roman Qaraşov bildirib ki, Arayik ömürlük azadlıqdan məhrum edilə bilər:

"DTX tərəfindən istintaqı aparılan və təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində cinayət təqibi aparılan Arutyunyan Arayik   Azərbaycan ərazisində qondarma "Dağlıq Qarabağ Respublikasının prezidenti” və digər adlar altında təcavüzkar müharibənin aparılmasında iştirak etməsi, muzdluların yığılması, onlara təlim keçirilməsi və maliyyələşdirilməsinə, həmçinin onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə edilməsinin təşkil olunması, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulmasını, silahlı münaqişə dövründə cinayətkar əmr verilməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Əgər məhkəmə təqsirli bilərək onun barəsində ittiham hökümü çıxararsa, Arutyunyan Arayik ömürlük azadlıqdan məhrum edilə bilər. Çünki ittiham edildiyi AR Cinayət məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələrin bir qisimi xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Daha yüngül cəza isə 20 ilədək azadlıqdan məhrumetmədir ki, bu ehtimal olduqca azdır. Müəyyən müddətə azadlıqdan məhrumetmənin son həddi 20 ildir. Daha artıq cəza illərlə deyil ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əhatə olunur. 

Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı 25 ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü on ilədək azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.

Həmçinin ömürlük azadlıqdan məhrum etmə cəzası əfv qaydasında 25 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər".
 
Xatırladaq ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş "prezidenti” Araik Arutyunyanı saxlayıblar.
 
Günel Hüseynli

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb