Bakıda istirahət parkında yanğın

SOSİAL
13:17 25.05.2016
2880
Səhər saatlarında Səbail rayonunda istirahət parkı ərazisində yanğın faktı qeydə alınıb.
AZXEBER.COM FHN-ə istinadən bildirir ki, istirahət parkının ərazisində fəvvarələrin yeraltı filtr tənzimləyicisinin mühərriki, 1 p.m elektrik kabeli və 0.5 kv.m sahədə məişət tullantıları yanıb. Yaxınlıqdan keçən digər kommunikasiya xətləri yanğından mühafizə olunub.
Yanğın saat 09:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR