04:18 Cümə, 28 Fevral 2020
SOSİAL

Bakıda it dişləyən 4-cü sinif şagirdi öldü - Foto

13:37, 25.01.20203766
Bakıda it dişləyən 4-cü sinif şagirdi öldü - Foto
Bakıda azyaşlı it dişləməsindən sonra dünyasını dəyişib.

AZXEBER.COM-un Trend-ə istinadən məlumatına görə, hadisə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində qeydə alınıb.

Belə ki, 4-cü sinif şagirdi Ömərov Polad ötən ay küçə iti tərəfindən dişlənib. Həmin vaxt uşaq yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və ona yardım göstərilib.

Qonşularının bildirdiyinə görə, uşaqda quduzluq əlaməti olduğu üçün o, ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, azyaşlı sözügedən massivdə yerləşən Kəlbəcər rayon 19 saylı tam orta məktəbin şagirdi olub.

 


XƏBƏR LENTİ