Bakıda itən 11 yaşlı uşaq tapıldı - internet klubda imiş

Bakıda itən 11 yaşlı uşaq tapıldı - internet klubda imiş
SOSİAL
16:24 04.04.2017
1374

Dünəndən bəri itkin düşən Bakı sakini, 11 yaşlı Ağamir Nəcəfli tapılıb.

AZXEBER.COM bildirir ki, bu barədə "Qafqazinfo”ya məlumatı uşağın atası Abbas Nəcəfov verib. O, bildirib ki, hazırda uşaq yanındadır. Sən demə, Ağamir bütün gecəni internet klubda keçirib:

"Uşağım dəhşətli dərəcədə kompüter oyunları xəstəsidir. Bütün gün internet klubda oyun oynayıb. Bu gün səhər mənə zəng vuraraq yerini dedi, gedib götürdüm”.

OXŞAR XƏBƏRLƏR